Nikaraqua BMT-nin İnsan Haqları Şurasından çıxdığını elan etdi

Nikaraqua hökuməti Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasından çıxmaq qərarına gəlib.
Crossmedia.az-ın xəbərinə görə, Murillo bildirib ki, UNHRC ölkənin suverenliyinə hörmət etmir və hökumətin işini gözdən salmağa, milli suverenliyə xələl gətirməyə yönəlmiş böhtan və yalanlar yayır.
O, şuranın öz missiyasını yerinə yetirmədiyini də vurğulayıb.
Qeyd edək ki, bu qərar beynəlxalq ictimaiyyətin diqqətini çəkib. İnsan haqları təşkilatları Nikaraqua hökumətini sərt tənqid edərək, bu addımın ölkədə insan haqlarının vəziyyətini daha da pisləşdirə biləcəyini bildiriblər.
Fidan Xəlilova
00:55 01.03.2025
Oxunuş sayı: 859