Ərdoğan: “Terrorsuz Türkiyə üçün yeni mərhələyə qədəm qoyuruq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanın silahları yerə qoymaq və təşkilatı dağıtmaq çağırışı ilə bağlı açıqlama verib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, Haliç Konqres Mərkəzində Kanal 7-nin 30-cu ildönümü tədbirində çıxış edən Ərdoğan, ölkədə terrorun 40 ildir ciddi maneə olduğunu bildirib:
“Artıq yeni bir mərhələyə qədəm qoyuruq. Qarşımızda tarixi bir fürsət var. İmperializmin oyunlarını pozmaq yalnız ölkəmiz üçün deyil, həm də bölgədəki siyasətimiz üçün önəmli nəticələr verəcək”, – deyə Türkiyə lideri vurğulayıb.
Qeyd edək ki, bu çağırış Türkiyədə terrorla mübarizə sahəsində yeni prosesin başlanğıcı kimi qiymətləndirilir.
22:23 28.02.2025
Oxunuş sayı: 1035