Pentaqonun beş keçmiş rəhbəri Trampı tənqid edib

Pentaqonun beş keçmiş rəhbəri ABŞ Prezidenti Donald Trampı yüksək səviyyəli hərbi məmurları işdən çıxardığına görə tənqid ediblər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Pentaqonun sabiq rəhbərləri qərarların sırf siyasi olduğunu bildirib. Həmçinin, konqresi araşdırma aparmağa çağırıblar.
Qeyd edək ki, konqresə çağırış məktubunu müxtəlif prezidentlər dövründə çalışmış Lloyd Ostin, Cim Mettis, Çak Heygel, Leon Panetta və Uilyam Perri imzalayıb.
Nəzrin Salmanova
21:24 28.02.2025
Oxunuş sayı: 4495