Bayraktar uğurlu uçuş sınaqlarını davam etdirir

Türkiyənin Baykar şirkəti Bayraktar KIZILELMA PT-3 adlı ən yeni pilotsuz qırıcı təyyarəsinin uçuş sınaqlarını uğurla davam etdirir.
"Crossmedia.az" xəbər verir ki, şirkətin PT-3 seriya prototipi Tekirdağın Çorlu bölgəsində yerləşən Akıncı uçuş təlim və sınaq mərkəzindən havaya qalxaraq 53 dəqiqə ərzində orta hündürlükdə uçuş həyata keçirib.
Bu uçuş Bayraktar KIZILELMA-nın uçuş qabiliyyətini və texnoloji imkanlarını yoxlamaq üçün nəzərdə tutulan sınaq proqramının bir hissəsi olub.
Qeyd edək ki, yanvar ayında PT-3 mühərrik testlərini uğurla tamamlamış və onun güc qurğusunun uçuş sınaqlarına tam hazır olduğu təsdiqlənmişdi.
Fidan Xəlilova
13:59 28.02.2025
Oxunuş sayı: 1310