Ötən il Azərbaycanın strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib - AMB

2024-cü ildə də ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib. Bu barədə Crossmedi.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, ölkənin strateji valyuta ehtiyatları 2024-cü il ərzində 3.7% artaraq ÜDM-in 95.5%-nə çatıb. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 2024-cü ilin sonuna 10959.5 mln. ABŞ dollarına bərabər olub.
"2024-cü ildə də ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələmişdir. Belə ki, 2024-cü ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 33aylıq mal və xidmət idxalına kifayət etmişdir (2024-cü ilin ilk 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (01.01.2025 (M2) 3.3 dəfə üstələmişdirtarixinə olan M2 pul aqreqatı götürülməklə)", - deyə məlumatda qeyd olunub.
09:57 28.02.2025
Oxunuş sayı: 4216