Şimali Koreya 1,4 milyard dollarlıq kripto oğurluğunda ittiham olunur

Şimali Koreya 1,4 milyard dollarlıq kriptovalyuta oğurluğunda günahlandırılır
Crossmedia.az TechCrunch saytına istinadən xəbər verir ki, hakerlər cümə günü Bybit kriptovalyuta birjasından təxminən 1,4 milyard dollar dəyərində Ethereum oğurlayıblar. Bu, indiyə qədər qeydə alınmış ən böyük kriptovalyuta oğurluqlarından biri hesab edilir.
Haker hücumundan sonra bir neçə blokçeyn monitorinq şirkəti və məşhur kripto tədqiqatçısı ZachXBT, bu cinayətin arxasında Şimali Koreya hökumətinə bağlı Lazarus Group adlı haker qrupunun dayandığını bildirib.
ZachXBT, hücumun ilk izlərini aşkar etdikdən bir neçə saat sonra oğurlanmış kriptovalyutanın Bybit-dən daha əvvəlki haker hücumlarında istifadə olunan Phemex, BingX və Poloniex kimi platformalardakı cüzdanlara köçürüldüyünü müəyyən edib. Bu cüzdanların isə Şimali Koreya ilə əlaqəli olduğu bildirilir.Məsələ ilə bağlı aparılan araşdırmalar isə davam edir.
Zeynəb Yunuszadə
20:15 26.02.2025
Oxunuş sayı: 834