Ukrayna Türkiyə hərbi kontingentini qəbul etməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında Türkiyəni əsas təhlükəsizlik zəmanətçilərindən biri kimi gördüyünü bildirib.
Crossmedia.az xarici mediaya istinadən verdiyi xəbərə görə, o, "Əgər təhlükəsizlik zəmanətlərindən danışsaq, mən tərəfdaşlarıma dedim: mənim fikrimcə, biz Türkiyəyə, Türkiyə prezidentinə güvənməliyik. Niyə? Çünki çox vacibdir ki, kim real kontingent rəqəmləri – real insanlar, hərbi gəmilər verməyə hazır olacaq",- bildirib.
Müəyyən logistika addımları barədə düşünmək lazımdır ki, kim danışıqlar masasında əyləşəcək, bunu anlaya bilək”.
23:50 24.02.2025
Oxunuş sayı: 915