CROSSMEDIA - Balıqçılar arasında qanlı qarşıdurma: 13 ölü
Xarici xəbərlər

Balıqçılar arasında qanlı qarşıdurma: 13 ölü

Keniya və Efiopiya sərhədində, Omo çayı yaxınlığında balıqçılar arasında baş verən qarşıdurma nəticəsində 13 nəfər həlak olub, 3 nəfər yaralanıb, 22 nəfər isə itkin düşüb.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, münaqişə zamanı 15 qayıq oğurlanıb.

Keniyanın Turkana qubernatoru Jeremiah Lomorukai hadiəsinin şənbə günü axşam saatlarında baş verdiyini bildirib.

O, Efiopiyanın Dasenech etnik qrupuna mənsub 6 balıqçının xilas edilərək geri qaytarıldığını açıqlayıb.

Keniyanın daxili işlər naziri Kipçumba Murkomen vəziyyətin nəzarət altına alınması üçün sərhəd bölgəsinə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini açıqlayıb.

O, Efiopiya hökuməti ilə əlaqələrin qurulduğunu və münaqişənin həlli üçün iki icma arasında sülh danışıqlarının aparıldığını bildirib.

04:55 25.02.2025

Oxunuş sayı: 580

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR