CROSSMEDIA - Macarıstanda Orbana rəqib olan yeni siyasi güc
Xarici xəbərlər

Macarıstanda Orbana rəqib olan yeni siyasi güc

Macarıstanda gələn il keçiriləcək parlament seçkilərinə bir il qalmış Peter Magyarın rəhbərlik etdiyi Tisza Partiyası reytinqlərdə hakim Fidesz partiyasını geridə qoyub. Son sorğulara əsasən, Tisza Partiyası 41% dəstək qazanıb, Fidesz isə 35% səviyyəsində qalıb.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc siyasətçi olan Peter Magyar vaxtilə Fidesz partiyasının üzvü olub və müxtəlif vəzifələr tutub. Onun xanımı isə ədliyyə naziri vəzifəsində çalışıb. Xüsusilə gənclər arasında böyük nüfuz qazanan Magyar Rusiya ilə münasibətlərin məhdudlaşdırılmasını, Moskva ilə məsafənin artırılmasını və Ukraynaya açıq dəstəyi müdafiə edir. O, eyni zamanda Macarıstanın xarici siyasətini Avropa İttifaqı ilə daha sıx əlaqələndirməsini dəstəkləyir.

Son Avropa Parlamenti seçkilərində Tisza Partiyası 30% səs toplayıb. Bundan əlavə, Budapeşt meriyasına keçirilən seçkilərdə müxalifətin qələbə qazanmasında Magyarın mühüm rolu olub. Analitiklər hesab edirlər ki, ciddi səhvlərə yol vermədiyi təqdirdə Peter Magyar 15 ildir hakimiyyətdə olan Viktor Orbanı gələn ilki seçkilərdə məğlub edə bilər.

03:36 25.02.2025

Oxunuş sayı: 619

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR