CROSSMEDIA - Səfir Almaniyanın yeni hökumətini Xocalı soyqırımını tanımağa çağırdı
Gündəm

Səfir Almaniyanın yeni hökumətini Xocalı soyqırımını tanımağa çağırdı

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyada Bundestaq seçkilərindən sonra formalaşacaq yeni hökuməti Xocalı soyqırımını tanımağa çağırıb.

Crossmedia.az xəbər verir ki, bu barədə diplomat yerli mətbuata müsahibəsində bildirib.

“Avropanın aparıcı demokratik dövləti kimi Almaniyanın tarixi cinayətlərin araşdırılmasında xüsusi məsuliyyəti var. Ümid edirəm ki, Almaniyanın yeni hökuməti Xocalı hadisələrini təkcə soyqırımı kimi tanımayacaq, həm də bu cinayətin reallıqlarının yayılmasına fəal dəstək verəcək”, - Ağayev deyib.

Dünyanın nəhəng dövlətlərinin nə üçün hələ də Xocalı hadisələrini soyqırımı kimi tanımadığı ilə bağlı sualı cavablandıran səfir təəssüflə qeyd edib ki, dünya praktikasında çox vaxt siyasi maraqlar məsələnin mənəvi tərəfindən üstün olur.

“Qərb demokratiyası insan haqlarından, tarixi ədalətdən danışır. Lakin söhbət Xocalıdan və Ermənistanın törətdiyi digər cinayətlərdən düşəndə bu prinsiplər arxa plana keçir. Bir çox Avropa ölkələri geosiyasi və strateji səbəblərə görə bunu tanımaqdan yayınır. Amma bu, bəhanə deyil. Xocalı qətliamı BMT Konsensiyasının müəyyən etdiyi soyqırımı anlayışının bütün meyarlarına cavab verir”, - o söyləyib.

N.Ağayev Xocalı soyqırımının dünyanın bütün diqqətini Sovet İttifaqının dağılması, Balkanlarda müharibələr və digər regionlarda yaxınlaşan böhranlara yönəltdiyi geosiyasi təlatümlər dövründə baş verdiyini vurğulayıb. “Xocalı faciəsi və Azərbaycan xalqının iztirabları beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqət görməyib. Ermənistanın isə öz nüfuzlu diasporu ilə beynəlxalq təsəvvürü manipulyasiya etmək imkan var idi”, - o bildirib.

20:25 24.02.2025

Oxunuş sayı: 963

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR