CROSSMEDIA - Yuri Qusev Azərbaycana minnətdarlığını bildirdi
Gündəm

Yuri Qusev Azərbaycana minnətdarlığını bildirdi

Ukrayna Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə minnətdardır.

Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin müharibənin başlamasının üçüncü ildönümü ilə bağlı müraciətində deyilir.

“Müharibənin ilk saatlarından onminlərlə ukraynalı öz torpaqlarını müdafiə etmək üçün silaha sarıldı. Bütün sivil dünya Ukraynanın tərəfini tutdu və biz tərəfdaşlarımıza göstərdikləri kömək və verdikləri dəstəyə görə ürəkdən minnətdarıq. 2022-ci il fevralın 26-da Azərbaycandan humanitar yardım daşıyan ilk təyyarənin Polşaya eniş etdiyini hər zaman xatırlayacağıq. Cəmi bir neçə gün əvvəl enerji sistemimizi bərpa etmək üçün Azərbaycandan elektrik avadanlıqlarının daha bir partiyası Ukraynaya gəldi. Biz bunu yüksək qiymətləndiririk və həmişə xatırlayacağıq”, - müraciətdə vurğulanır.

Diplomat həmçinin son üç ildə Ukraynaya kömək edən bütün dost ölkələrə təşəkkürünü bildirib. Qusev vurğulayıb ki, Azərbaycan həm də ukraynalılara sığınacaq verən dost ölkələr sırasındadır.

20:18 24.02.2025

Oxunuş sayı: 1075

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR