Tərəfdaşların Ukraynaya növbəti dəstək paketi açıqlanıb

Ukrayna tərəfi bu gün Kiyevə səfər edən tərəfdaş ölkələrdən mühüm maliyyə dəstəyi cəlb edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə razılaşma müzakirələr zamanı əldə edilib.
Bildirilib ki, Finlandiya bu ölkənin infrastrukturunun bərpası və Avropaya inteqrasiyasına 4,5 milyon avro ayırmağı öhdəsinə götürüb. İspaniyanın verəcəyi hərbi dəstəyin həcmi 1 milyard avroya, Danimarkanın bu məqsədlə ayıracağı vəsait isə 270 milyon avroya çatacaq.
İsveç isə öhdəsinə 113 milyon dollar ayırmağı götürüb.
Eyni zamanda, Avstraliya və Yeni Zelandiya Rusiya Federasiyasına sanksiyalar tətbiq edəcək.
Qeyd edək ki, Böyük Britaniya Ukraynaya 5,6 milyard dollarlıq hərbi yardım ayıracaq. Həmçinin, digər dövlətlərlə bərabər Ukraynaya qoşun da göndərəcək.
Nəzrin Salmanova
18:30 24.02.2025
Oxunuş sayı: 1394