CROSSMEDIA - Polşanın İrandakı səfirliyi XİN-ə çağırılıb
Xarici xəbərlər

Polşanın İrandakı səfirliyi XİN-ə çağırılıb

İran xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Aralıq dənizi və Şərqi Avropa İdarəsinin baş direktoru Mahmud Heydəri Polşanın Tehrandakı səfiri Marçin Vilçekə “Polşa xarici işlər nazirinin İrana qarşı qərəzli və əsassız ittihamlarına” etiraz edib. 

Crossmedia.az xarici kiv-ə istinadən xəbər verir.

Məlumata görə, bundan əvvəl Vaşinqtonda çıxış edən Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynadan gətirilən İranın “Shahed” dronunu nümayiş etdirib. O, Rusiya və İran arasında PUA istehsalı və istismarı sahəsində əməkdaşlığın Avropa və dünya üçün böyük problem olduğunu deyib və Moskva ilə Tehran arasında ittifaqı “xaos oxu” adlandırıb. 

İsrailə edilən hücumlarda oxşar dronlardan istifadə edildiyini də qeyd edən Sikorski, eyni tipli pilotsuz təyyarənin də Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında qəzaya uğradığını vurğulayıb.

17:59 24.02.2025

Oxunuş sayı: 932

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR