Kanadadan Ukraynaya yeni hərbi və maliyyə dəstəyi

Kanadanın Baş naziri Castin Trüdo Ukraynaya yeni yardım paketini açıqlayıb.
Crossmedia.az bildirir ki, həmin yardım paketi aşağıdakılardır:
25 LAV II piyada döyüş maşını;
2 zirehli döyüş dəstək maşını (Ukraynanın Almaniyada hərbi təlimi üçün istifadə olunacaq);
F-16 döyüş təyyarələri üçün eniş sistemi;
F-16 təlimi üçün 4 aviasiya simulyatoru;
Milyonlarla patron, hərbi avadanlıq və tibbi dəstlər.
Kanada həmçinin, dondurulmuş Rusiya aktivlərinin mənfəətindən maliyyələşdirilən 5 milyard Kanada dolları dəyərində yardımın ilk hissəsini Ukraynaya verəcək.
Bundan əlavə, Ukrayna enerji təhlükəsizliyini dəstəkləmək üçün qrant alacaq.
17:54 24.02.2025
Oxunuş sayı: 961