Azərbaycanın qanunvericilik bazası təkmilləşdirilməlidir

İstənilən dövlət üçün onun suverenliyi, ərazi bütövlüyü, müstəqilliyi ən vacib şərtdir.
Crossmedia.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Yüksəliş" müsabiqəsi tərəfindən keçirilən "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan tək Cənubi Qafqazda deyil, bütün dünyada özünü tanıtmış, sübut etmiş dövlətlərdən biridir:
"Bu gələcəyə böyük ümid yaradır. Azərbaycan Konstitusiyasının preambulasında müstəqillik, suverenlik və ölkənin prioritetləri öz əksini tapıb. Konstitusiya uzunömürlü, mükəmməl sənəddir. Konstitusiyamızın 1/3 hissəsi insan hüquq və azadlıqlarına həsr edilib. Amma bu sənəd vəzifələri də özündə ehtiva edir. Qəbul edilən bütün qanunlar mütləq Konstitusiyaya əsaslanmalıdır. Mövcud reallıqlara uyğun olaraq qanunvericilik bazamız bundan sonra da təkmilləşdirilməlidir".
11:45 21.02.2025
Oxunuş sayı: 4104