HƏMAS ilk dəfə əsirləri ölü qaytarıb

7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumu zamanı diri-diri götürdüyü dörd girovun cəsədi Təl-Əvivə qaytarılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail prezidenti İshaq Hersoq, cəsədlərin qaytarılmasına münasibət bildirərək "bütün bir xalqın ürəyi parçalanıb" deyib.
HƏMAS cəsədlərin, naməlum taleyi İsraili bürümüş Bibas ailəsindən bir ana və iki uşağın, həmçinin veteran sülh fəalı 84 yaşlı Oded Lifşitzin cəsədləri olduğunu açıqlayıb.
Prezident Hersoq sosial media platforması X-də yazdığı paylaşımda "heç bir söz yoxdur" yazaraq, dörd nəfərdən "sizi evə təhlükəsiz gətirmədiklərinə görə" bağışlanmalarını istəyib.
Ötən ay atəşkəsin başlamasından bəri, HƏMAS ilk dəfədir ki, əsirləri ölü şəkildə qaytarır. İsrail rəsmiləri, məhkəmə-tibbi ekspertizadan sonra cəsədlərin şəxsiyyətini təsdiqləyəcəklərini bildiriblər.
21:10 20.02.2025
Oxunuş sayı: 4223