Kreml: ABŞ-lə Ukrayna üzrə sülh danışıqları mümkündür

ABŞ-nin yeni Rusiya administrasiyasının Ukraynadakı münaqişənin sülh yolu ilə həll edilməsinə dair mövqeyini dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Ən qısa zamanda sülhə nail olmaq və bunu danışıqlar yolu ilə etmək vacibdir. Bu mövqe bizə əvvəlki administrasiyanın mövqeyindən daha çox xoş gəlir. Burada biz tamamilə Amerika administrasiyası ilə razıyıq. Biz də hesab edirik ki, bütün məqsədlərə üstünlük olaraq sülh yolu ilə, danışıqlar vasitəsilə çatmaq lazımdır", – Peskov vurğulayıb.
O əlavə edib ki, əvvəlki ABŞ administrasiyası "sülh prosesinin təşəbbüskarı olmaq niyyətində olmadığını" bildirir və yalnız "müharibədən danışırdı".
Xatırladaq ki, fevralın 18-də Rusiya və ABŞ nümayəndə heyətləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində danışıqlar aparıb. Görüş təxminən 4,5 saat davam edib.
Fatimə Məmmədova
15:59 20.02.2025
Oxunuş sayı: 3675