CROSSMEDIA - Bolqarıstan Prezidenti: "Ukrayna əsgər tapmaqda çətinlik çəkə bilər"
Xarici xəbərlər

Bolqarıstan Prezidenti: "Ukrayna əsgər tapmaqda çətinlik çəkə bilər"

"Ukrayna əsgər tapmaqda çətinlik çəkə bilər".

Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev paytaxt Sofiyada "The Economist" jurnalının təşkil etdiyi forumda çıxışı zamanı söyləyib.

Radev Ukraynayla Rusiyanı diplomatiya yolu ilə atəşkəsə çağıraraq bu sözləri söyləyib:

"Ukrayna üçün bu müharibənin ən mühüm elementi insan tələfatıdır. Diplomatiya yolu ilə atəşkəs əldə olunmasa, böyük siyasi və diplomatik problemlərlə üzləşəcəyik. Ukrayna cəbhədə işçi qüvvəsinin olmadığını anlayanda nə olacaq? O vaxt yaxınlaşır. Siyasətçilər bu barədə danışmalıdır.

Ukrayna bir çox lider tərəfindən Rusiyanı məğlub edəcəyinə dair utopik zəmanətlə əks-hücum əməliyyatı keçirməyə təşviq edildi. Artıq Zelenski  ölkəsinin gələcəyi barədə təkbaşına qərar verməlidir. Nə olursa olsun, daimi həllə ehtiyacımız var. Ancaq bu həll Avropanın iştirakı olmadan mümkün deyil, çünki Ukrayna Avropa Birliyinə üzv olmağa can atır, ona görə də Ukraynanın gələcəyində hamımız tərəfdaşıq" - deyə o, qeyd edib.

Aybəniz Səfərova

23:58 05.02.2025

Oxunuş sayı: 384

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR