CROSSMEDIA - Qərbi Azərbaycan Xronikası: “Ermənistanda bölgələr sürətlə boşalır”
Gündəm

Qərbi Azərbaycan Xronikası: “Ermənistanda bölgələr sürətlə boşalır”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənistanda bölgələr sürətlə boşalır” adlı süjet hazırlanıb.

Süjetdə son beş ildə 40 mindən çox insanın Ermənistanı tərk etməsindən bəhs olunur.

Bildirilir ki, ermənilər Azərbaycanın tarixi bölgəsindən kütləvi şəkildə qaçırlar, proses Zəngəzur, Göyçə və digər mahallarda daha sürətlə gedir.

Qeyd olunur ki, bir neçə ay ərzində Tavuş bölgəsində əhali 3200 nəfər, Göyçə (Geqarkunik) ərazisində isə 15 min nəfər azalıb.

Sonda vurğulanır ki, Qarabağdan köçən ermənilərə qarşı Ermənistanda kütləvi narazılıq başlayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.(Baku tv)

23:37 05.02.2025

Oxunuş sayı: 570

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR