Ərdoğanla Ştaynmayer Prezident Sarayında görüşüb YENİLƏNİB
Crossmedia.az Türkiyə Prezidenti Ərdoğanın açıqlamalarından diqqət çəkən məqamları təqdim edir:
"Bildiyiniz kimi, keçən il Türkiyə ilə Almaniya arasında dostluq müqaviləsinin 100 illiyi idi. Son danışıqlar iki ölkə arasında dialoqun ən mühüm təzahürüdür. Görüşlərimiz zamanı regional hadisələrlə yanaşı, ikitərəfli əməkdaşlığımızın dərinləşdirilməsi üçün atacağımız addımları da müzakirə etdik. Suriyadakı hadisələr və Qəzzada son vəziyyət kimi regional məsələlərdə Almaniya ilə əməkdaşlığımızı davam etdirəcəyik. Almaniyanın Suriyanın yenidən qurulması üçün lazımi dəstəyi verəcəyinə inanıram. Qəzzada elan edilmiş atəşkəs rejimini qorumaq üçün hər kəsin üzərinə böyük vəzifələr düşür. Beynəlxalq ictimaiyyət olaraq biz iki dövlətli həll üçün səylərimizi davam etdirməliyik. Eyni zamanda Ukraynadakı müharibə ədalətli sülhlə başa çatmalıdır. Bu məsələ ilə bağlı məsləhətləşmişik"- deyə o, vurğulayıb.
XXX
21:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri Prezident Sarayında qəbul edib.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, görüşdən əvvəl Ərdoğan və Ştaynmayer, Türkiyə və Almaniya bayraqları önündə şəkil çəkdiriblər. Daha sonra təkbətək və heyətlərarası görüşlərə keçilib.
Yekunda birgə mətbuat konfransının keçiriləcəyi bildirilib.
23:08 05.02.2025
Oxunuş sayı: 578