CROSSMEDIA - Hakan Fidandan Trampa sərt cavab: "Bu, qəbuledilməzdir!"
Xarici xəbərlər

Hakan Fidandan Trampa sərt cavab: "Bu, qəbuledilməzdir!"

Türkiyənin Xarici işlər naziri Hakan Fidan, ABŞ Prezidenti Donald Trampın Qəzzanı ələ keçirməklə bağlı açıqlamalarına sərt reaksiya verib.

Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, Fidan, Fələstinlilərin Qəzzadan zorla çıxarılmasının qəbuledilməz olduğunu və bu fikrin müzakirəyə açılmasının səhv olduğunu vurğulayıb.

"Son günlər ortaya atılan fələstinlilərin Qəzzadan zorla çıxarılması fikri qəbuledilməzdir. Fələstinlilərə qarşı soyqırımı, deportasiya və təcridin davam etdiriləcəyi hər addımın əleyhinəyik".-deyə nazir vurğulayıb.

21:12 05.02.2025

Oxunuş sayı: 625

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR