CROSSMEDIA - Qazaxıstanda “An-2” təyyarəsi sərt eniş edib
Xarici xəbərlər

Qazaxıstanda “An-2” təyyarəsi sərt eniş edib

“An-2” təyyarəsi fırtınalı hava şəraitində Qazaxıstanın Kostanay əyalətinin Arkalık şəhərindən 1,5 kilometr aralıda sərt eniş edib. Hadisə, Kostanay–Arkalık reysini həyata keçirərkən yerli hava limanı yaxınlığında baş verib.

Crossmedia.az Qazaxıstan FHN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, təyyarənin göyərtəsində iki pilot və iki həkim olub. Siqnal alandan sonra Kostanay əyalətinin Fövqəladə Hallar Departamentinin yanğınsöndürənləri və xilasediciləri dərhal hadisə yerinə göndərilib.

Xilasedicilərin operativ və dəqiq hərəkətləri sayəsində ekipaj üzvləri tez bir zamanda aşkar edilərək, Arkalık şəhərinə çatdırılıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

20:23 05.02.2025

Oxunuş sayı: 573

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR