CROSSMEDIA - Yüksək Liqa: "Azərreyl" MOİK-i məğlub edib
Gənclər və İdman

Yüksək Liqa: "Azərreyl" MOİK-i məğlub edib

Kişi voleybolçular arasında Yüksək Liqada IX tura start verilib.

Crossmedia.az xəbər verir ki, günün yeganə qarşılaşması Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. “Azərreyl” və MOİK komandalarının görüşü birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, IX turun növbəti oyunları fevralın 6-da keçiriləcək. Sumqayıt Olimpiya İdman Kompleksində “Gənclər” klubu “Neftçi” ilə, Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq turun son görüşündə isə “Xilasedici” “Murov Az Terminal”la üz-üzə gələcək.

19:13 05.02.2025

Oxunuş sayı: 680

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR