Nigeriyada məktəbdə yanğın: 17 şagird həlak olub
![](https://crossmedia.az/storage/news/2025_02_05/17387602095928125478_1200x630_1738777326.png)
Nigeriyanın Zamfara əyalətində məktəbdə yanğın baş verib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 17 şagird həyatını itirib. 12 şagird isə yaralanıb.
İlkin məlumata görə, ölənlər 7-17 yaş arasında olub. Polis yanğının səbəbini hələlik açıqlamayıb.
Şahidlərin bildirdiyinə görə, yanğın əvvəlcə bir evdə başlayıb və məktəbə keçib.
Hadisəylə bağlı araşdırmalara başlanılıb.
21:36 05.02.2025
Oxunuş sayı: 621