Berlində Trampa qarşı etiraz aksiyaları keçirilib
Fələstinli tərəfdarlar ABŞ prezidenti Donald Trampın Qəzzanı ələ keçirməyi planlaşdırmasına və İsrailin İordan çayının qərb sahilinə hücumlarına etiraz ediblər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlində fələstinli tərəfdarlar Trampın Qəzzanı “ələ keçirmək” və orada yaşayan fələstinliləri zorla köçürmək planına qarşı etiraz aksiyası keçiriblər.
Etirazçılar, “Sürgünə yox”, “Fələstin bizim ölkəmizdir”, “İordan çayının qərb sahilinə təcavüzü dayandırın” şüarları ilə çıxış ediblər.
Aybəniz Səfərova
23:26 05.02.2025
Oxunuş sayı: 486