Rusiya və Ukrayna hərbi əsirləri dəyişdi
Rusiya və Ukrayna arasında daha bir məhbus mübadiləsi baş tutub.
Crossmedia.az Ukrayna mediasına istinadən xəbər veri ki, hər iki tərəf 150 hərbi əsiri qarşılıqlı olaraq azad edib.
Ukrayna prezidenti Vlodimir Zelenski əsirlərin cəbhənin müxtəlif bölgələrindən olduğunu və bəzilərinin iki ildən artıqdır ki, əsir saxlanıldığını bildirib.
Rusiya Müdafiə Nazirliyi isə azad olunan rus əsgərlərinin hazırda Belarusda olduğunu, onlara tibbi və psixoloji yardım göstərildiyini açıqlayıb.
Qeyd edək ki, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilib.
Aybəniz Səfərova
22:06 05.02.2025
Oxunuş sayı: 630