Belçikada metroda atışma baş verib
Büsselin Klemanso metrostansiyasında odlu silahlarla atəş açılıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisənin narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə əlaqəli olduğu ehtimal edilir.
Məlumata görə, metro stansiyasında bir neçə giliz aşkar edilib. Kalaşnikov avtomatından atəş açıldığı ilə bağlı ehtimallar var.
Atışmadan sonra şübhəlilərin metro tunellərində gizləndikləri bildirilir.
Təhlükəsizliyin təmin edilməsi üçün Brüssel metropoliteninin bir neçə stansiyası bağlı qalacaq.
Polis hadisəylə bağlı araşdırmalara başlayıb.
22:33 05.02.2025
Oxunuş sayı: 404