CROSSMEDIA - Minimum pensiyanın qaldırılması ilə bağlı qərar təsdiqlənib
Gündəm

Minimum pensiyanın qaldırılması ilə bağlı qərar təsdiqlənib

Milli Məclis Azərbaycanda əmək pensiyasının minimum məbləğinin 320 manat müəyyən olunması haqqında məsələni qəbul edib.

Crossmedia.az xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olunub.

Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği bu il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılacaq.

Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

15:31 03.02.2025

Oxunuş sayı: 474

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR