Bəstəkar Fərhad Bədəlbəyli "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Azərbaycan Milli İncəsənət Muzeyində Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, tanınmış pianoçu və bəstəkar Fərhad Bədəlbəylinin "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşü keçirilib.
Crossmedia.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, "Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.
Tədbirin əvvəlində qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib orada nümayiş olunan müxtəlif sənət əsərləri ilə yaxından tanış olublar.
Muzeyin zəngin kolleksiyası çərçivəsində qədim və müasir Azərbaycan sənətinin nümunələri xüsusi maraqla qarşılanıb.
14:59 03.02.2025
Oxunuş sayı: 341