CROSSMEDIA - Suriya lideri Türkiyəyə səfər edəcək
Xarici xəbərlər

Suriya lideri Türkiyəyə səfər edəcək

Suriyanın müvəqqəti prezidenti Əhməd Şara prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-də Ankaraya səfər edəcək.

Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə  Türkiyə prezident administrasiyasının kommunikasiyalar üzrə idarəsinin rəhbəri Fəxrəddin Altun açıqlama verib.

Prezident Kompleksində keçiriləcək danışıqlarda Suriyadakı son hadisələr bütün aspektləri ilə müzakirə olunacaq. 

Fəxrəddin Altunun sözlərinə görə, görüşdə Suriyada  iqtisadi canlanma, davamlı sabitlik və təhlükəsizlik üçün iki ölkənin atacağı birgə addımlar qiymətləndiriləcək.

Aybəniz Səfərova

14:36 03.02.2025

Oxunuş sayı: 351

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR