Kurskda dekabrdan bəri yüz ev zərər görüb
Rusiyanın Kursk vilayətində ötən ilin dekabrından bəri təxminən yüz ev zərər görüb.
Rusiyanın Kursk bölgəsinin müvəqqəti baş nazir müavini Aleksandr Çepik bildirib ki, dekabrdan etibarən Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində bölgədə təxminən yüz ev və 21 çoxmənzilli bina zərər görüb.
Crossmedia.az xəbər verir ki, bu barədə MKRU məlumat yayıb.
A.Çepik qeyd edib ki, hazırda yaşayış sektorunda pəncərə işləri tamamilə başa çatdırılıb. Keçən həftə ərzində isə 95 fərdi evin dam örtüyü və iki çoxmənzilli binanın dam örtüyü bərpa edilib.
"95 ev və 21 çoxmənzilli bina 2023-cü ilin dekabrından etibarən Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri nəticəsində zərər görüb", - Çepik vurğulayıb.
Fatimə Məmmədova
14:33 03.02.2025
Oxunuş sayı: 313