Şimali Koreyadan ABŞ-yə sərt reaksiya: "Düşmənin təxribatına dözməyəcəyik"
Şimali Koreya ABŞ-nin dövlət katibi Marko Rubionun ölkəyə qarşı "quldur dövlət" ifadəsini işlətməsini sərt tənqid edib.
Crossmedia.az-ın xəbərinə görə, Şimali Koreya administrasiyasının bəyanatında deyilir:
“Biz düşmən ABŞ-nin hər hansı təxribatına dözməyəcəyik və həmişə olduğu kimi sərt cavab verəcəyik”.
Şimali Koreya Xarici İşlər Nazirliyi bəyanatında bu sözlərin düşmənçilik siyasətinin göstəricisi olduğu və beynəlxalq hüquqa zidd hesab edildiyi bildirilib.
Aybəniz Səfərova
14:17 03.02.2025
Oxunuş sayı: 469