“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb
2024-cü ilin yanvar-dekabr aylarında “SOCAR Polymer” MMC 237,6 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,9 faiz azdır.
Crossmedia.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar sayında bildirilib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 296,7 milyon dollar olub.
13:58 03.02.2025
Oxunuş sayı: 593