CROSSMEDIA - Çin ABŞ ilə yeni ticarət danışıqlarına hazırlaşır
Xarici xəbərlər

Çin ABŞ ilə yeni ticarət danışıqlarına hazırlaşır

Çin 2020-ci ildə  ABŞ prezidenti Donald Tramp administrasiyası ilə əldə edilən "birinci mərhələ" razılaşmalarına qayıtmağı və Vaşinqton ilə ticarət müharibəsinin qarşısını almağı planlaşdırır.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu razılaşma çərçivəsində Çin ABŞ-dən 200 milyard dollar dəyərində məhsul idxalını artırmağı öhdəsinə götürmüşdü.

Məlumata görə, Çin Dünya Ticarət Təşkilatı çərçivəsində danışıqlar aparmağı və elektrikli avtomobillər üçün akkumulyator istehsalı sahəsində ABŞ iqtisadiyyatına investisiyaları artırmağı hədəfləyir.

Bundan əlavə, Çinun milli valyutası olan yuanın süni şəkildə dəyərdən salınmasına son qoyulacağı bildirilir.


Fatimə Məmmədova

13:27 03.02.2025

Oxunuş sayı: 794

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR