Los-Ancelesdə kütləvi etiraz aksiyaları baş verib
ABŞ-nin Los-Anceles şəhərinin mərkəzində yeni miqrasiya siyasətinə qarşı etiraz aksiyaları keçirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki polis aksiyanı sərt şəkildə dağıdıb. Etirazçılar Ağ Evin yeni miqrasiya siyasətinə qarşı çıxıblar.
Bildirək ki, mitinq zamanı etirazçılar küçələri və avtomagistralı bağlayıblar. Hazırda yollarda hərəkət bərpa olunub.
Fatimə Məmmədova
13:24 03.02.2025
Oxunuş sayı: 480