CROSSMEDIA - Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb
Gündəm

Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb

Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

Crossmedia.az xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyası üzrə bugünkü ilk plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarında dəyişiklik layihəsi müzakirə edilib.

Layihəyə əsasən, işçi qrupunun rəhbəri deputat Səbinə Salmanova təyin edilib.

Dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edilib.

12:52 03.02.2025

Oxunuş sayı: 360

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR