Mənbicdə terror aktı baş verib: 7 ölü, 14 yaralı
Hələbdəki Mənbic rayonunda bomba yüklü avtomobillə terror aktı törədilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 7 mülki şəxs həlak olub. 14 nəfər isə yaralanıb.
İlkin məlumatlara görə, yaralılar xəstəxanalara çatdırılıb, ölənlərin sayının arta biləcəyi bildirilir.
Hücuma görə məsuliyyəti hələ ki, üzərinə götürən olmasa da, yerli təhlükəsizlik qüvvələri hücumun PKK/YPG terror təşkilatı tərəfindən törədildiyini düşünür.
Xatırladaq ki, SNA qüvvələri 2024-cü il dekabrın 9-da “Azadlıq Şəfəq” əməliyyatı çərçivəsində Mənbici terrorçulardan azad edib.
12:58 03.02.2025
Oxunuş sayı: 502