CROSSMEDIA - Həkimlərin reklamına qadağa qoyulması təklif edildi
Gündəm

Həkimlərin reklamına qadağa qoyulması təklif edildi

Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub.

Crossmedia.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Onun sözlərinə görə, bununla bağlı parlamentin yaz sessiyasının qanunvericilik işləri planına "Reklam haqqında" qanuna dəyişiklik daxil edilməlidir:

"Dəyişikliklərdə də tibbi xidmətdə konkret nəyin reklam edilib-edilməməsi müəyyənləşdirilməlidir. Məsələn, dünyanın əksər ölkələrində həkimin reklamı qadağandır. Hesab edirəm ki, bu bizdə də qadağan olunmalıdır”.

12:39 03.02.2025

Oxunuş sayı: 308

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR