CROSSMEDIA - Deputat: Parlament yenə təşəbbüs göstərib Müstəqillik Gününədək belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər
Gündəm

Deputat: Parlament yenə təşəbbüs göstərib Müstəqillik Gününədək belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər

Azərbaycanda Amnistiya Aktının qəbuluna ehtiyac var.

Crossmedia.az xəbər verir ki, bunu bu gün Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanda 13 amnistiya aktı və 70-dən çox əfv sərəncamı qəbul olunub.

“Parlament yenə təşəbbüs göstərib Müstəqillik Gününədək belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər. Əfv sərəncamları olur, amma Amnistiya Aktının əhatə dairəsi daha genişdir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb sonradan səhvə yol verən insanlar var ki, indi də həbsdədirlər. Bu Amnistiya Aktının qəbulu onları da sevindirər”, - deyə S.Novruzov qeyd edib.

12:24 03.02.2025

Oxunuş sayı: 253

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR