CROSSMEDIA - Vüqar Bayramov: Sosial müavinət və artımlar ilə bağlı da qərarlar veriləcək
Gündəm

Vüqar Bayramov: Sosial müavinət və artımlar ilə bağlı da qərarlar veriləcək

Növbəti mərhələdə sosial müavinət və artımlarla bağlı da qərarlar veriləcək.

Crossmedia.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib:

“Cənab Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əmək haqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşdıracaq”.

O qeyd edib ki, fevral ayından etibarən minimum pensiya məbləği 14.3 faiz artırılaraq 320 manata çatdırılacaq.

“Bu orta və median pensiya məbləğlərində artımlara xüsusi töhvə verəcək. Sosial paket yalnız maaş və pensiya deyil eləcə də sosial müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək. Növbəti mərhələdə sosial müavinət və artımlarla bağlı da qərarlar veriləcək”.

11:32 03.02.2025

Oxunuş sayı: 363

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR