DİN-dən əməliyyat: - 85 nəfər saxlanılıb
Fevralın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 28 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Crossmedia.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilən məlumata istinadən xəbər verir.
Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.
10:18 03.02.2025
Oxunuş sayı: 520