Konqoda üsyançılar hökumətlə birbaşa dialoq tələb edirlər
Konqo Demokratik Respublikasının şərqində fəaliyyət göstərən 23 Mart Hərəkatı (M23) qrupunun üsyançıları yerli hökumətdən onlarla birbaşa dialoqa başlamağı tələb ediblər.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə M23-ün nümayəndəsi Lourens Kanyuka məlumat verib.
“Biz münaqişənin əsas səbəblərini aradan qaldırmaq və ölkəmizdə davamlı sülhün bərqərar olması üçün Kinşasa rejimi ilə səmimi və birbaşa dialoqa çağırışımızı bir daha təkrar edirik”,- deyə o bildirib.
Qeyd edək ki, Konqo Demokratik Respublikası M23 ilə birbaşa danışıqları rədd edərək, onun terror qruplaşması olduğunu bildirir.
Nəzrin Salmanova
08:49 03.02.2025
Oxunuş sayı: 9139