Bakıda qış geri qayıdır – temperatur 0-a düşəcək!
Fevralın 8-nə keçən gecədən etibarən Bakıda və Abşeron yarımadasında hava temperaturu kəskin enəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə hava proqnozu tətbiqlərində qeyd olunub.
Məlumata görə, fevralın 8-də gecə saatlarında havanın temperaturu 0 dərəcəyə düşəcək, fevralın 9-u və 10-da isə Bakıda sulu qar, bəzi yerlərdə isə qar yağacağı gözlənilir.
01:29 03.02.2025
Oxunuş sayı: 241