Orta təbəqədən olanlar üçün fərdi gəlir vergisi aşağı salınıb: - Hindistanın maliyyə naziri
Hindistan cari 2025-2026-cı maliyyə ilində 584 milyon dollarlıq büdcə təklif edib.
Crossmedia.az Anadolu agentliyinə istinadla xəbər verir ki, 8-ci rekord büdcəsini parlamentə təqdim edən maliyyə naziri Nirmala Sitharaman məlumat verib.
“Büdcə Hindistanın yüksələn orta sinfinin xərcləmə gücünü artırmaq və artımı sürətləndirmək də daxil olmaqla hökumətin səylərini davam etdirməsini vəd edir. Burda yoxsullara, gənclərə, fermerlərə və qadınlara yönəlmiş inkişaf tədbirləri təklif edilir. Orta təbəqədən olan əhali üçün fərdi gəlir vergisi dərəcələrinin aşağı salınıb, ildə 1,28 milyon rupiyə (13800 dollar) qədər qazanan insanların heç bir vergi ödəməli olmayacaq ”,- deyə o bildirib.
Nəzrin Salmanova
13:55 02.02.2025
Oxunuş sayı: 538