Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyini bağlayıb
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) saytı fəaliyyətini dayandırıb. Agentliyin sosial şəbəkələrdəki səhifələri də bağlanıb.
Crossmedia.az xəbər verir ki, bütün bunlar Trampın USAID-i ABŞ Dövlət Departamentinin nəzarətinə vermək vədi fonunda baş verir. Eyni zamanda, USAID-in minlərlə əməkdaşı ya işdən çıxarılıb, ya da məzuniyyətə göndərilib. Təşkilat proqramlarının maliyyələşdirilməsi isə əvvəlcədən ABŞ prezidentinin sərəncamı ilə dayandırılmışdı.
USAID dünyada Amerikanın təsirini yaymaq üçün ən vacib strukturlardan olub. Agentliyin xüsusilə postsovet məkanında, o cümlədən Azərbaycanda destruktiv fəaliyyəti aktiv olub.
Tərlan Əmrahova
12:50 02.02.2025
Oxunuş sayı: 314