FHN evi uçmuş vətəndaşa çadır qurdu
Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonunun Sinovli kənd sakini Şıxcanov Cabir Sərdar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
12:06 02.02.2025
Oxunuş sayı: 303