Goma xəstəxanalarından 773 cəsəd tapılıb
Konqo Demokratik Respublikasının verdiyi məlumata görə, morqlarda cəsədlərin saysız olması humanitar böhranın dərinləşməsinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kongo Demokratik Respublikasının səhiyyə nazirliyi bildirib ki, Goma şəhərindəki xəstəxanaların morqlarında 773 cəsəd tapılıb, molqlarda yer qalmadığına görə əlavə cəsədlər küçələrdədir.
Məlumata görə, M23 üsyançıları Gomanı ələ keçirib, lakin Konqo və Burundi ordusunun müdaxiləsi ilə Cənubi Kivuda doğru irəliləyərkən saxlanıblar. Bu vəziyyət humanitar böhranın daha da dərinləşməsinə səbəb olub, yüz minlərlə insan qaçaraq Gomanın sığınacaq bölgələrinə üz tutub. Humanitar təşkilatlar fəaliyyətlərini dayandırıb və təchizat çatışmazlığı yaranıb.
Bildirək ki, yanvarın 26-30 tarixləri arasında 2.880 yaralı qeydə alınıb.
Fatimə Məmmədova
12:40 02.02.2025
Oxunuş sayı: 1386