Suriya prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək
Suriya keçid hökumətinin Prezidenti Əhməd əl-Şara ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat verib.
Məlumata görə, Əhməd əl-Şara fevralın 2-də Riyad şəhərinə səfər edəcək.
Qeyd edək ki, Əhməd əl-Şara Səudiyyə Ərəbistanı ziyarətindən sonra Türkiyəyə də səfər edəcək.
Fatimə Məmmədova
10:58 02.02.2025
Oxunuş sayı: 833