CROSSMEDIA - Çin ABŞ-dən şikayət edəcək
Xarici xəbərlər

Çin ABŞ-dən şikayət edəcək

Rəsmi Pekin, ABŞ-nin əlavə rüsumlar tətbiq etməsi ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək.

Crossmedia.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Vaşinqtonun əlavə rüsumlar tətbiq etməsi ÜTT-nin qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndirilir. Cavab olaraq, Çin də ABŞ-dən idxal olunan mallara əlavə rüsum tətbiq edəcək.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Çin, Kanada və Meksikadan idxal olunan bəzi məhsullara əlavə rüsum tətbiq etmək barədə qərar qəbul edib.

11:53 02.02.2025

Oxunuş sayı: 347

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR