NATO Baltik dənizində nəqliyyat azadlığını məhdudlaşdırır - Rusiya rəsmisi
- Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin NATO-nun Baltik dənizində hərbi gəmilər və aviasiya ilə patrul əməliyyatlarına başlaması qərarını şərh edərək alyansın bu bölgəni daxili sularına çevirməyə və gəmiçilik azadlığını məhdudlaşdırmağa çalışdığını bildirib.
- Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya beynəlxalq hüquq çərçivəsində öz maraqlarını qorumaq üçün lazım olan bütün tədbirləri görəcək:
- "Rəqiblərimiz bu məsələdə heç bir illüziyaya qapılmamalıdır", – deyə V.Barbin vurğulayıb.
- Fatimə Məmmədova
10:47 02.02.2025
Oxunuş sayı: 884